06 Dekabr 2019
05 Dekabr 2019
Dollar kreditləri ilə bağlı ŞAD XƏBƏR
Dollar kreditləri ilə bağlı ŞAD XƏBƏR KRİMİNAL 15:21 2016-03-15

 
Azərbaycanda ali qanunvericilik orqanı səviyyəsində dollarda krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlanır.
 
Unikal.org saytının verdiyi xəbərə görə, bu barədə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxışında bildirib.
"2015-ci ildə inflyasiyanın aşağı olmasını yüksək qiymətləndirirəm. 2015-ci ildə iki şok devalvasiya olub. Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək qiymətləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərfli xarakter daşıyır, problemlər əhalini üstünə atılır. Problemin belə həllini müsbət hesab etmirəm. Devalvasiya nəticəsində yaranmış proses - sistem prosesdir ki, bu da sistem həll olunmalıdır", - deyə millət vəkili qeyd edib.
"Ağırlıq bir amilin - əhalinin üzərinə düşdüyünə görə, həm əhali, həm də banklar çox pis vəziyyətdədir. Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq və həmin təkliflər aiddiyəti qurumlara təqdim olunacaq", - deyə Ə.Məsimli əlavə edib.