Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində baş verən qalmaqallı hadisə ilə bağlı araşdırma başladılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfoya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rayon Təhsil Şöbəsi məsələylə bağlı hazırda ətraflı araşdırma aparır. Tez bir zamanda son nəticə barədə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.