Gəncə şəhərində "Sosial qanunvericiliyin izahatı və məlumatlandırma mövzusunda tədbir təşkil keçirilib.

Unikal.org bildirir ki, təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak ediblər. 

Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verib. "Qanuvericiliyin izahı və məlumatlandırma" edib. Təlimdə ünvanlı sosial yardım ilə bağlı çoxsaylı suallar verildi. Qaldırılan sualları hüquqşünas Səbuhi Abbasov və DSMF-nin mütəxəssisi Vüsal Hacıyev və ekspert Rövşən Novruzov cavablandırıb. VEMTAS sisteminə sənədin yüklənməsi ilə bağlı konkret olaraq Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olundu. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. 

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.