"Azərbaycan Hava Yolları (AZAL) QSC yanvarın 9-dan etibarən Bakı-Gəncə aviareysi ilə uçuşları dayandırıb.

Bu barədə Unikal.org-a şirkətin mətbuat xidmətindən məlumat verilib.

AZAL-dan reysin bağlanmasını onun iqtisadi nəzərdən qeyri-effektivliyi ilə izah ediblər.

Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.