M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Unikal.org xəbər verir ki, "Əziz Əliyev-120 adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.