Abşeron rayonunda ev yanıb, 3 və 5 yaşlı iki uşaq ölüb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənən övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.
Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.
Alov saat 13:00-də yanğınsöndürənlər tərəfindən söndürüb.