"Rusiyanın məqsədi Bəşər Əsəd rejimini dəstəkləmək və müdafiə etmək idi"
Bu fikirləri Unikal.org saytına politoloq Fikrət Sadıqov Rusiyanın hərbi kontingentini Suriyadan çıxarmasını şərh edərkən edib.
O qeyd edib ki, indiki vəziyyətdə Rusiya Suriyada öz vəzifəsini tam da olmasa yerinə yetirib:
"İŞİD qruplaşmasının zəiflədilməsi və onun bir sıra şəhərlərdən çıxarılması- bu iki vəzifə Rusiya tərəfindən yerinə yetililb. Tam mənada bəlkə, yerinə yetirməyib. Çünki İŞİD hələ öz mövcudluğunu  nümayiş etdirir. Digər tərəfdən Suriyada daxili stabillik hələ əldə olunmayıb. Eyni zamanda Rusiya başa düşür ki, indiki durumda- sanksiyalar şəraitində yaşaması və mövzud iqtisadi durumu onu belə bir addım atmağa vadar edir. Hartıq  Cenevrədə  və Suriya daxilində danışıqlar başlanıb. Biz bunu da yaddan çıxarmamalıyıq ki, Rusiya öz hərbi kontingentini tam olaraq Suriyadan çıxarmır. Rusiyanın donnanma bazaları hələ Suriyada qalır". 
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, rus qoşunlarının Suriyadan çıxarılması, ümumiyyətlə, böhranla bağlı danışıqların predmeti olmayıb.

HƏSƏN BABAYEV