Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu tərəfindən Qafqazın və Azərbaycanın faunası üçün yeni olan hörümçəklər və digər həşəratlar aşkar edilib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə İnstitutun direktoru Elman Yusifov məlumat verib.

E.Yusifovun sözlərinə görə, tədqiqatlar nəticəsində 1 növ hörümçək (Alioranus pastoralis) Qafqaz faunasında, 1 cins (Odontoscirus), 2 növ gənə (Odontascirus iota, Brevipalpus phoenicis) və 4 növ hörümçək (Anagraphis pallens, Dysdera armeniaca, Tapynocyba pallens, Thyreosthenius parasiticus) Azərbaycan faunasında ilk dəfə tapılıb.

E.Yusifov deyib ki, azərbaycanlı alimlər həm də elm üçün ilk dəfə 5 növ otbiçənin (Mediostoma izmirica Snegovaya, Rilaena caucasica Snegovaya, Rilaena silhavyi Snegovaya, Opilio rossicus Snegovaya, Opilio morini Snegovaya) və 1 növ hörümçəyin (Pterotricha pseudoparasiriaca) təsvirini veriblər.