"Pakistanın Halkı 408 kiloqramdır

25 yaşlı Pakistanlı Xan Baba 408 kiloqram ağırlığı ilə "dünyanın ən güclü adamı olduğunu iddia edir.

Unikal.org xəbər verir ki, qeyri-adi görünüşü ilə cizgi qəhrəmanı "Halka bənzədilən adamın ləqəbi də elə "Pakistanlı Halkdır.

Tam adı Xizar Hayat Xan Baba olan Halk,182 santimetr boyu ilə də görənlərin heyrətləndirir. Qeyri-adi görünüşə sahib olan gənc, gündə 36 ədəd yumurta, 3 kiloqram ət yeyərək 10 min kalori yığır.

Dünyanın ən güclü adamı olduğunu iddia edən Xan Baba, günlərin birində güləş və ağır atletika üzrə dünya çempionu olmaq istəyir. Ən böyük arzularından biri isə professional güləşçilərin yarışdığı WWE-də iştirak edə bilməkdir.

Gənc, əlləri ilə iki avtomobili və bir traktoru təkbaşına çəkə bilir. Pakistanın Mardan şəhərində yaşayan Baba, uşaq yaşlarından idmanla məşğul olduğunu deyir. O, videolarını tez-tez internetdə paylaşır. (istipress)