Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Aygün Heybətova oğlunun həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 
Unikal.org xəbər verir ki, o, AzNews.az-a bildirib ki, Tural Allahverdiyev adında oğlu yoxdur: "Mən 35 il Vidadi ilə həyat yoldaşı olmuşam. Mənim 3 qızım, 1 oğlum var. Oğlumun adı Əhməddir, bu dəqiqə də yanımdadır. Tural adında oğlum yoxdur. Belə yalnış məlumat olar? Belə məlumatlar insana başağırısı gətirər".