Körpəni əmizdirmək analıq duyğsunun kuliminasiya məqamıdır. Uşaq dünyaya gətirmək qədər ona ana südü vermək də qadınlığın ən gözəl tablosudur.
Bir ananı körpəsini əmizdirmədən təsəvvür etmək mümkün deyil. Bu, həm də qürurlu bir hissdir. Lakin çox təəssüf ki, obyektiv və subyektiv səbəblərdən dolayı bir çox analar uşaq əmizdirməkdən imtina edirlər. Hətta çoxları bədən quruluşlarının pozulmaması üçün bundan istifadə etmirlər. Daha çox da məşhur simaların uşaq əmizdirməkdən imtina etmələri barədə çox eşidirik. Məhz bu tendensiyanı aradan qaldırmaq üçün ana olan bir çox məşhur simalar süd verən məqamda çəkilən fotolarını paylaşıblar.
Körpələrini əmizdirən məşhurlar bunun qürurunu və xoşbəxtliyini yaşadıqlarını nümayiş etdiriblər. Aile.lent.az uşağına süd verən məşhur simaların fotolarını təqdim edir. Onların arasında Ancelina Jolie, Miranda Kerr, Pink, Blake Lively, Padma Lakshmi, Olivia Wilde, Alanis Morissette, Alyssa Milano, Guen Stefani, Jaime King, Gisele Bündchen, Natalia Vodianova, Doutzen Kroes, Julie Bowen, maniken, model, fotomadellər də var.(lent.az)