Suriya prezidenti Bəşər Əsəd bu ölkədə xidmət aparan rus hərbçiləri mükafatlandırıb.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, Suriyanın Baş Qərargah rəisi Əli Abdulla Əyyub Xmeymim aviabazasının rusiyalı hərbçilərinə mükafatları təqdim edib. 

Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.