Sankt-Peterburqda kişi evdə divandan yıxılaraq başından ölümcül zədə alıb.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 46 yaşlı şəhər sakini köhnə yeni ili qeyd etmək üçün dostugilə qonaq gəlib. Çox içdiyindən divandan yıxılıb, başı zədələnərək ölümcül travma alır. Təcili yardım gələnə qədər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.