"Prezidnetin rəsmi saytına hər gün yüzlərlə,bəlkə də minlərlə kiber hücumlar edilir. Lakin, biz ABŞ-ı buna görə ittiham etmirik.

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov NBC News-a verdiyi müsahibəsində bildirib:

"Biz Rusiya Federasiyasının prezidentinin administrasiyasının binasında otururuq, qonşu otaqda isə prezidentin internet-saytının mərkəzi ofisi yerləşir. Hər gün bu sayt xaker hücumlarına məruz qalır. Hücumlar ABŞ, Çin, Hindistan və Avropanın müxtəlif yerlərindən edilir. Lakin, biz demirik ki, bu Obamanın sifarişidir. Əgər biz belə bir söz desək, siz düşünəcəksiz ki, ruslar ağlını itirib - Peskov belə deyib.

Daha əvvəl yanvarın 6-da Amerika xüsusi xidmət orqanları Demokratlar partiyasının serverinə növbəti dəfə edilən kiber hücumun Rusiya hökuməti tərəfindən sifariş edildiyi bildirilmişdi.