Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin "Türk Hava Yolları ("Turkish Airlines) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğrayıb. 

Unkial.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 32 nəfər ölüb.

Bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.