Bakıda yataqxanada yanğın olub.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, bu gün Bakı şəhəri, Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində sahəsi 10 m² olan mətbəxdə 7 m² sahədə məişət əşyaları və 3-cü mərtəbəsində otağın döşəməsi 0,5 m² sahədə və 1 ədəd yataq dəsti qismən yanıb.

Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.