Bakıda əcnəbi vətəndaşa qarşı quldurluq edən dəstə yaxalanıb. 

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.

Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.