Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub. 

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.