Dağlıq Qarabağ münaqişəsi üzrə Tacikistanın mövqeyi ona əsaslanır ki, müharibənin bütün dəhşətlərindən keçmiş ölkəmiz münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıdır".
Unikal.org xəbər verir ki, bunu "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov deyib.
Onun sözlərinə görə, Tacikistan dünya ictimaiyyətinin üzvü kimi beynəlxalq hüquq müstəvisində Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.
Səfir, həmçinin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib: "Tacikistanın Cənubi Qafqazda ilk diplomatik missiyasını məhz Bakıda açması da bunun göstəricisidir. Özü də bu səfirlik regionda Tacikistanın yeganə xarici nümayəndəliyi olaraq qalmaqdadır".