Bu gün Gəncə Dövlət Universitetində baş vermiş tələbə ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisənin şahidi olmuş müəllimlərdən biri bildirib ki, Pedoqoji fakültənin magistr mərhələsinin tələbə, 1994-cü il təvəllüdlü İbrahim Həşimli koridorda yıxılandan dərhal sonra ona kömək etməyə çalışıblar: "Dəhlizdə getdiyi yerdə anidən yanındakı oğlanın üstünə yıxıldı. Dilini tutdular, əlini-ayağını masaj elədiler, ayağına iynə batırdılar, universitetin həkimi naşatır iylətdi. Hamı durmadan təcili yardıma zəng edirdi. Onlar gələnə qədər müəllimlərdən birinin maşınına qoyub xəstəxanaya apardılar. Yolda təcili yardımla rastlaşıblar. Orda həkimlər baxıb deyiblər ki, İbrahim artıq vəfat edib.

Əslən İsmayıllının Lahıc qəsəbəsindən olan İ.Həşimli savadlı, məsuliyyətli tələbə kimi tanınıb, İsmayıllı rayonunun intellektual klubunda da üzv olub. O, sonuncu dəfə yanvarınn 15-də feysbukda paylaşım edib və "İmtahan qurtarsın, şeir paylaşacağam. Birdən kəsərlər imtahandan..." statusunu yazıb.

...

...

...