Rusiya Federasiyasının Dağıstan Respublikasında "nurçular"a qarşı həyata keçirilmiş irimiqyaslı əməliyyat zamanı saxlanılan 14 nəfər arasında Rusiya vətəndaşlığı almış azərbaycanlı da var.
 
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Dağıstanın bir sıra rayonlarında və şəhərlərində keçirilmiş əməliyyat zamanı polis şöbəsinə 14 nəfər gətirilib, lakin onlardan ikisi saxlanlılıb. Həmin şəxslərin həbsinə ahzırlıq görülür. Gətirilən şəxslər arasında daha əvvəl Rusiya vətəndaşlığı almış azərbaycanlı da var. Onun adı açıqlanmayıb.
 
Qeyd edək ki, "nurçuluq" cərəyanının fəaliyyəti Rusiyada qadağan edilib.