Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb. 
Bu barədə Unikal.org-a-a Dövlət sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Belə ki, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,8 faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.