Mingəçevirdə silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevdən "Makarov" markalı tapança və 2 ədəd patron götürülüb.