Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi davam etdirilib.
Unikal.org "Report"a istinadən məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə R.Mirqədirovun vəkili Fuad Ağayev çıxış edib. O, jurnalistə bəraət verilməsini xahiş edib.
Məhkəmə sabah davam etdiriləcək.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.