Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana və körpə ölümünə münasibət bildirib.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova açıqlama verib. 

Bildirib ki, 1985-ci il təvəllüdlü Təzəgül Qaraşova fəsadlaşmış mamalıq anamnezi ilə xəstəxanaya daxil olub və doğuş zamanı ölüm baş verib: 

"Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Səhiyyə Nazirliyinin Hamiləlik, doğum və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya tərəfindən ölümün səbəbləri araşdırılır. Ölümün səbəbləri araşdırmalardan sonra məlum olacaq və bundan sonra ictimaiyyətə açıqlanacaq".