Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna yeni təyinatlar olub.

Akademiyadan Unikal.org-a verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında Neft və Qaz İnstitutunun direktor müavini və elmi katibi təyin olunub.

Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov bu müəssisənin elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.