"Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır.

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan prezident İlham Əliyev Davosdakı Beynəlxalq İqtisadi Forum çərçivəsində "RİA Novostiyə müsahibə verərkən deyib. 

Ölkə başçısı bildirib ki, yeni satışla bağlı danışıqlar aparılır: "Siz Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyini yaxşı bilirsiniz. Biz ən müasir silahlarla maraqlanırıq. Bura vertolyotlar, müdafiə sistemi- bütün kompleks daxildir. Azərbaycan və Rusiya arasında beş milyard dollarlıq müqavilələr imzalanıb və artıq onların əksəriyyəti reallaşıb.