Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri AZAL-ın qiymət siyasətini və o sahədə rast gəlinən problemləri sərt tənqid ediblər.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Cavid Qurbanov deyib ki, bu gün Azərbaycanın gözəl hava limanı var: 

"Hesab edirəm ki, AZAL-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi çoxdur. Biz yavaş -yavaş onlara çatacağıq. Ona görə də kişini çox incitməyək.