23 Noyabr 2019
22 Noyabr 2019
Sabiq icra başçısı şeypur çalmaq istədi – VİDEO
Sabiq icra başçısı şeypur çalmaq istədi – VİDEO VİDEO 19:18 2016-03-16

 
Son günlər adı medianın gündəmindən düşməyən Salyanın sabiq icra başçısı Tahir Kərimovla bağlı daha bir qalmaqallı video yayılıb.
Unikal.org xəbər verir ki, Politika.az saytı bu haqda xəbər yayıb.
Sayt öz mənbələrinə istinadən iddia edib ki, Tahir Kərimovun işdən çıxarılmasına səbəb məhz bu video olub.
O, müavini Rəşad Cəbrayılovla birlikdə iclasda şeypur çalırmış.
Musavat.com bu videonun həqiqətən də Tahir Kərimova aid olub-olmadığını dəqiqləşdirmək istəyib.
Bir neçə mənbə bildirib ki, videodakılar həqiqətən də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovla müavini Rəşad Cəbrayılovdur. Lakin keçmiş başçının nədən bu addımı atdığı haqda məlumat əldə etmək mümkün olmayıb. 
Tahir Kərimovun bununla bağlı hər hansı izahatı olarsa, onu dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
İndi isə həmin videonu təqdim edirik: