İsmayıllıda yol-nəqliyyat qəzası nəticəsində sürücü ölüb. 

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində "VAZ markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.