Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçiriləcək.

Unikal.org  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, bütün ölkələr iştirak edəcəklərini təsdiqləyiblər: "İşçi qrupunun bu iclası nazirlərin görüşünə hazırlıq xarakteri daşıyır. Bununla yanaşı, Konvensiya layihəsinin hazırlanması üzərində iş aparılacaq. Həmçinin sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq..