FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Unikal.org AFFA-ya istinadən verdiyi məlumata görə, 9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaq.