Daxili işlən naziri, general polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib.

Unikal.org mia.az saytına istinadən xəbər verir ki, nazirin əmri ilə DİN Baş mühafizə idarəsinin kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov tutduğu vəzifədən kənarlaşdırılıb.

R.Usubovun digər əmri ilə Azər DİN Nəqliyyatda baş polis idarəsinin kadrlar idarəsinə rəis gətirilib.

Məlumat üçün bildirək ki, Azər Sadıqov Bakı Dövlət Universiteinin rektoru Abel Məhərrəmovun kürəkənidir.