Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan Rusiya və İsrail bloqqeri Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyev qarşısında üzr istəyib.

Unikal.org xəbər verir ki, bu barədə RİA "Novosti məlumat yayıb.

İsrailin Belarusdakı səfirliyinin konsulu Yuliya Raçinski-Spivakov bildirib ki, Lapşin yanvarın 18-də onun iştirakı ilə prezident İlham Əliyevə ünvanlanan üzrxahlıq məktubu yazıb. Bloqqer məktubunda öz hərəkətlərinə görə üzr istəyib və bunun sadəlövhlükdən baş verdiyini qeyd edib. Lapşinin məktubu konsul tərəfindən təsdiq edilib və İsrailin Bakıdakı diplomatik nümayəndəliyi vasitəsi ilə Azərbaycan prezidentinə təqdim edilib.