Heydərabad-Bakı-Moskva reysi ilə uçan təyyarə Bakıda təcili eniş edib.

Unikal.org xəbər verir ki, təyyarənin göyərtəsində "A" hidrosisteminin öz germetliyini itirməsi hadisəsi baş verib.

Hava gəmisi uçuş-eniş zolağının ərazisində dayanıb. Təyyarə eniş edən zaman ön şassi dayağı açılmayıb, daha sonra heyət üzvləri hava gəmisini endirə biliblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarə yedəyə alınaraq uçuş-eniş zolağından çıxarılıb. Hazırda təyyarə texniki baxışdan keçir.