Bananın qiyməti kəskin şəkildə bahalaşıb.
 
Unikal.org-un əməkdaşı Bakıda fəaliyyət göstərən bir neçə marketdə müşahidələr aparıb. Məlum olub ki, bananın pərakəndə satışının 1 kiloqramı əvvəl 2.5 manat idisə, hazırd bu qiymət 3.2 manat təşkil edir. 
 
Bakının ən böyük meyvə tərəvəz satış mərkəzi olan "Meyvəli"də 1 qutusu 19 kiloqram olan banan 38 manat idisə, hazırda bu rəqəm 56 manat təşkil edir.