"Yaxşı olar ki, ya Rusiyadakı səfir, ya Lider tv- nin rəhbliyindən kimsə, ya da Anar Həsənovun özü geniş açıqlama verib məsələyə aydınlıq gətirsin.

Image result for müşviq ələsgərliBu fikirləri Unikal.org-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Lider tv-nin Rusiyadakı müxbiri Anar Həsənov ətrafında yaranan qalmaqa münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu kifayət qədər mürəkkəb bir məsələdir: "Əslində, jurnalistin vəzifəsi sual verməkdən ibarətdir. İlkin baxışda Anarın verdiyi sualda təxribat xarakteri müşahidə etmək olmur. Əgər burada xüsusi nüans, təxribat, bizim bilmədiyimiz hansısa məqam varsa, bunu iddia edən tərəf açıqlama verib məsələyə aydınlıq gətirməlidir.

Media ekspertinin fikrincə, tərəflər məsəlyə aydınlıq gətirməlidirlər: "Bizim istinad edəcəyimiz konkret bir mənbə yoxdur. Anar Həsənovun özünün danışmasına ehtiyac var. Anar haqqında kifayət qədər ittiham xarakterli məlumatlar dolaşır. Amma bir daha deyirəm ki, bunlar ittiham formasındadır. Real olaraq ortada biz nəisə görə bilmirik. Yaxşı olar ki, ya Rusiyadakı səfir, ya Lider tv- nin rəhbliyindən kimsə, ya da Anar Həsənovun özü geniş açıqlama verib məsələyə aydınlıq gətirsin. Cəmiyyət və media ictimaiyyəti də nə baş verdiyini bilsin. Tərəflər mövqe ortaya qoyduqdan sonra bu barədə daha dəqiq fikir yürütmək olar.