"Bakı Kartın bir çox ödəmə terminallarında problem yaşanıb. Belə ki, bu gün Bakının Bayıl qəsəbəsindən 88 nömrəli maşurut xəttinin hərəkət istiqamətindəki əksər ödəmə terminalları işləmir.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev açıqlama verib. 

O, bildirib ki, hazırda "Bakı kartın ödəmə terminallarında heç bir problem yoxdur: "Bakıdakı bütün aparatlara baxılır. Əgər hər hansı texniki problem varsa, aradan qaldırılacaq. Yox əgər problem "MilliÖn aparatında baş veribsə, biz tərəfdən aşkarlandıqdan sonra onlara məlumat veriləcək. Öz texnikləri çıxıb baxacaqlar. Hazırda Bayıl ərazisində belə bir problem görünmür. Ancaq yenə də nəzarətimizdədir.