Azərbaycanda dağlıq ərazilərə ötən axşam və gecə yağan qar nəticəsində hazırda avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur.

Unikal.org xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov bildirib.

Onun sözlərinə görə, yollara cəlb olunmuş qartəmizləyən texnika və canlı qüvvə tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub.

"Buna baxmayaraq, sürücülər də bu cür hava şəraitinə hazır olmalıdırlar. İdarə etdikləri avtonəqliyyat vasitəsi qış şinləri ilə təchiz olunmalı və texniki cəhətdən saz vəziyyətdə olmalıdır", - deyə A.Nəcəfov qeyd edib.