Bakıda və Abşeron yarımadasında sabah, yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, paytaxtda mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.