Bəzi KİV-lər jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qaldırdığını iddia edib.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ölkə.az-a açıqlama verib.

Bildirilib ki,  Anar Həsənovun işdən çıxarılması sualını onlara yox, Lider TV-yə ünvanlamaq lazımdır:

"Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. "Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsilə bağlı telekanala müraciət olunsa daha yaxşı olar, - deyə səfirliyin mətbuat xidmətindən bildirilib.