Azərbaycan yanvarın 19-də Tehranda çoxmərtəbəli binanın çökməsi ilə bağlı yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar İrana yardım təklif edib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə başsağlığı vermək üşün səfirliyə gələn azərbaycanlı yanğınsöndürənlərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisədən dərhal sonra İrana həm texniki yardım göstərməyə, həm də işçi qüvvəsi göndərməyə hazır olduğunu deyib.

İran səfiri verdikləri dəstəyə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü bildirib və Azərbaycan-İran münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.