Moskvada azərbaycanlı biznesmen güllələnib.
Unikal.org  "LifeNews"a istinadən verdiyi məlumata görə, hadisə bu gecə Moskva vaxtı ilə saat 03.00 radələrində baş verib.

46 yaşlı Canpolad Şamil oğlu yeraltı avtomobil dayanacağından çıxıb evinə gedərkən binanın girişində güllələnib. Cinayətin killer tərəfindən törədildiyi ehtimal edilir.

Rusiya İstintaq komitəsinin Baş İstintaq İdarəsi hadisənin təfərrüatını araşdırır. Azərbaycanlı biznesmenin tikinti biznesi ilə, o cümlədən meyvə- tərəvəzin satışı ilə məşğul olduğu deyilir.