Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 821 ədəd avtomobil idxal olunub.
Unikal.org Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 690 ədəd avtomobil və ya 9,15 dəfə azalıb.
Ölkəyə gətirilən avtomobillərin 9 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 737 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 67 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 8 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.