Avstraliyanın Melburn şəhərində yaşayan sabiq model, 39 yaşlı Kerolayn Arturun ayaqları gerçəkdən də, çox uzundur.

Unikal.org bildirir ki, Kerolaynın ayaqlarının uzunluğu beldən dabanadək tam 1,301 metrdir.

"Ayaqlarımın uzun olduğunu bilirəm. Mənə elə yeniyetməlik illərimdən "göydələn" deyirdilər".- deyən model hazırda dünyanın ən uzun ayaqlı qadını sayılan rusiyalı Svetlana Pankratovanı da geridə qoyub.

İki övlad anası, 187 sm boylu Kerolayn adının Ginnesin Rekordlar Kitabına düşməsini istəyir. Kerolaynın 15 yaşlı qızı Zoinin də ayaqları uzundur.

Dünyanın ən uzun ayaqlı qadını - FOTOLAR