Bakıda bir il əvvəl avtomobillə vurulan şəxs evində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ötən il mart ayının 17-də paytaxtın Nizami rayonunun Çobanzadə küçəsində Bakı şəhər sakini Ülviyyə Yaqubova idarə etdiyi "Volkswagen markalı avtomobillə yolu keçən paytaxt sakini Ramil Yusifovu vurub.

R.Yusifov bu il yanvarın 24-də evində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.