"Poqnozlar onu göstərir ki, Apreldəki iclasda da uçot dərəcəsinin qaldırılması gözlənilmir".
 
Bu fikirləri Unikal.org-a iqtisadçı ekspert Samir Əliyev deyib. 

O qeyd edib ki, bu ərəfədə hökumət manatı dəstəkləmək üçün addımla atmalıdır:
"FED-in dünənki qərarı da manata təsir edəcək təzyiqlərin azalması deməkdir. Apreldə növbəti iclas olacaq. Proqnozlar onu göstərir ki, Apreldəki iclasda da uçot dərəcəsinin qaldırılması gözlənilmir. Aprelə qədər vaxt var. Amerika iqtisadiyyatında müsbətə doğru dəyişiklik olarsa apreldə uçot dərəcəsi qaldırıla bilər. Manatın iyun ayına qədər "nəfəs alma" zamanı var. Həmin ərəfədə də hökumət manatı dəstəkləmək üçün addımlar atmalıdır". 

Ekspertin sözlərinə görə, manatın yaxın zamanda məzənnəsinin artacağını proqnozlaşdırmaq çətindir: "Manatın məzənnəsinə həm daxili, həm də  xarici amillər təsir edir. Xarici amillər neftlə bağlıdır. FED (Federal Ehtiyyat Sistemi) uçot dərəcəsini qaldırmadı. Əgər əksinə proses baş versəydi, uoçot dərəcəsi qaldırılsaydı dollar bahalaşacaqdı. Bu da neftin daha da ucuzlaşmasına şərait yaradacaqdı. Neftin də bahalaşması manat üçün təzyiqdir. Manata olan xarici təzyiq bir müddətdir stabilləşib. Yəni kəskin azalma yoxdur. Neftin qiymətində artım müşahidə olunur ancaq bu rəqəm manatın möhkəmlənməsinə kifayət etmir. Manata təsir edən daxili amillər daha çoxdur. Daxili amil ondan ibarətdir ki, ölkədə dollara ehtiyac var. Bu ehtiyacı Mərkəzi Bank və Neft Fondu hərraclar vasitəsi ilə müəyyən qədər təmin edir. Ancaq nəzərə alaq ki, bu daha çox inzibati yolla təmin edilir. Banklaırn bu gün dollara tələbatı var. Amma əllərində manat yoxdur ki, valyuta hərracı ilə dollar alsınlar. Bu da ona gətirib çıxarır ki, bu gün dollara tələbat azmış kimi görünür. Bu gün daxili amillər manata təzyiq edirmiş kimi qalmaqdadır. Azərbaycan manatı bu gün real dəyərini almayıb. Neftin bahalaşması manatın qiymətinə təsir etməyə bilər. Yaxın zamanda manatın bahalaşacağını proqnozlaşdırmaq çox çətindir. Əgər neft bahalaşmaqda davam edərsə, 50 dolları keçərsə, bu, manata əlavə dəstək verəcək". 

Həsən Babayev