Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

Unikal.org "news.am"a istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma (intihar) maddəsi ilə cinayət işi açılıb.