Psixoloq Dəyanət Rzayev intihar edib.

Unikal.org  xəbər verir ki, bu barədə vəkil Zülfiyyə Bayramova məlumat yayıb.

Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.

O, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. Son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.