Tovuz rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə yanvarın 25-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib. Rayon sakini Əhməd Əhmədovun idarə etdiyi VAZ "21O1" m­arkali minik avtomobi­li "VAZ 2106" markalı avtomo­billə toqquşub. Ha­disə nəticəsində Ə.Əhmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.